Minik maşını yük avtomobilinə çırpılıb

media-hightechnic-468x90

imagesQaxda baş verən yol qəzasında bir nəfər ölüb.

Qax Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəza avqustun 13-ü saat 01:00 radələrində rayonun Almalı kəndi ərazisində baş verib.

Rayonun Dəymədağlı kənd sakini, 1983-cü il təvəllüdlü Tural Xanlar oğlu Salahov idarə etdiyi “Mercedes” markalı, 99 CU 034 dövlət nömrə nişanlı minik avtomobil ilə Almalı kəndi içərisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarında dayanmış, Almalı kənd sakini, 1975-ci il təvəllüdlü Aydın Məhəmməd oğlu Yusifova məxsus “İveco” markalı, 90 SH 582 dövlət nömrə nişanlı yük maşınına vurub.

Toqquşma nəticəsində T. Salahov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa