"Minlərlə insan risk altındadır" - ÜST-dən sarılıq xəbərdarlığı

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada 24 Hepatit A xəstəliyinə yoluxma faktını təsdiqlədiklərini, heç bir ölüm hadisəsinin qeydə alınmadığını bildirib və buna görə sarılıqdan əziyyət çəkən minlərlə insanın ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Qebreyesus bu barədə “X” sosial media platformasında yazıb.

Hepatit A-nın adətən yüngül keçdiyini, lakin bəzən ciddi xəstəliklərə səbəb ola biləcəyini ifadə edən Qebreyesus, “İndiyə qədər 24 hadisə təsdiqlənib və heç bir ölüm hadisəsi qeydə alınmayıb Yəqin ki, Hepatit A səbəbiylə sarılıq olan minlərlə insan var” deyibş

Demək olar ki, təmiz su, tualet və ətraf mühitin olmadığı “qeyri-insani” yaşayış şəraitinin Hepatit A-nın daha da yayılmasına səbəb olacağını qeyd edən Qebreyesus, Qəzzada xəstəliklərə diaqnoz qoymaq və onlara cavab vermək imkanlarının son dərəcə məhdud olduğuna diqqət çəkib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05