MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı

media-hightechnic-468x90

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu abrədə Yenicag.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5298 nəfər dəvət edilib. İlk gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

25 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa