!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mircəlil Qasımlı Daşkəsən rayonunda Kəlbəcərli olan seçicilərlə görüş keçirdi - FOTOLAR

!Reklam – Yazi

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Qasımlı Mircəlil Xəqani oğlu 19 avqust 2024-cü il tarixində Daşkəsən rayonu, Quşçu kənd Folklor evininin akt zalında Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirdi.

Əvvəlcə xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Deputatlığa namizəd Mircəlil Qasımlının səlahiyyətli nümayəndəsi Samir Sarıyev namizədin seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin prioriteti və strateji hədəfi idi. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

Deputatlığa namizəd Mircəlil Qasımlı çıxış edərək bildirdi ki, Azərbaycanın müasir tarixi iki qüdrətli Liderin – müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Bu, Qurtuluş tarixidir, Yüksəliş tarixidir, Zəfər tarixidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərini azad etmək üçün sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı.

Erməni tərəfi beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində çoxlu sayda silah-sursat yerləşdirməsinə baxmayaraq, saysız-hesabsız itkilər verərək məğlub oldu. Əziz seçicilərim, əminəm ki, seçkilərdə mənə etimad göstərəcəksiniz, azad Kəlbəcərimizin yenidən qurulmasına birlikdə öz tövhələrimizi verəcəyik. Bu yolda hər birimizə uğurlar diləyirəm.
Görüşdə çıxış edən seçicilər əminliklə bildiriblər ki, 1 sentyabrda Milli Məclisə seçkilərdə deputatlığa namizəd Mircəlil Qasımlıya səs verəcəklər.

COP29

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv