!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirmahmud Mirəlioğlu YAP-ın bu namizədi ilə yarışacaq – Keçmiş nazirin qızı isə...

!Reklam – Yazi

Sentyabrın 1-də ölkədə keçirilməsi gözlənilən parlament seçkiləri ərəfəsində Milli Məclisdə mandat əldə etmək uğrunda mübarizə aparanların sayı getdikcə çoxalır.

Yenicag.az-ın seçki marafonu ilə bağlı qısa araşdırması nəticəsində məlum olub ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Qeyd edək ki, sözügedən dairədə onun rəqibləri Ramil Həsən (YAP) və Zakir İsmayıldır (Müsavat).

Bundan əlavə, QHT sədri, iqtisadçı-ekspert Eyyub Kərimlinin də deputatlığa namizədliyini irəli sürdüyü bildirilib. Belə ki, o, Nizami rayon sakinlərinin dəstəyinə inanaraq, 24 saylı birinci seçki dairəsindən müstəqil namizəd kimi seçkilərə qatılacağını bildirib.

Xatırladaq ki, sözügedən seçki dairəsindən YAP üzvü Ramil Rüstəmovun da namizədliyi irəli sürülüb.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Onun bu dairədə rəqibləri YAP üzvü Tahir Mirkişili (YAP) və Müsavatdan Cavad Cavadlıdır.

KXCP sədri Mirmahmud Mirəlioğlu rəqibinə nisbətən şansının az olması ilə bağlı yerli mətbuata açıqlamasında YAP-çı deputatlardan öncə Milli Məclisdə özlərinin təmsil olunduğunu deyib.

“Onun özü və təşkilatı parlamentdə təmsil olunmayanda belə, biz orada idik. Burada qeyri-adi bir şey yoxdur. Hətta onların təşkilatının, partiyasının formalaşması üçün qanunu belə, biz qəbul etmişdik. Məncə, bu cavab kifayətdir”, – deyə siyasətçi bildirib.

Ölkə müxalifətinə gəldikdə isə REAL partiyası tərəfindən İlqar Məmmədovun namizədliyi 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən irəli sürüb.

“Bu həftə həmin ərazidə yaşayan 450 nəfərin imzasını toplamalı və rəsmi qeydiyyatdan keçməliyəm ki, sentyabrın 1-də səsvermə günü adım seçki bülletenində olsun”, – İlqar Məmmədov “Telegram” kanalında bildirib.

Xatırladaq ki, onun sözügedən seçki dairəsindəki rəqibi YAP-ın namizədi həkim-stomatoloq Xaliq Hüseynovdur.

Onu da əlavə edək ki, sabiq Ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədovanın da namizədliyi YAP tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən irəli sürülüb. Onun builki seçkilərdə şansının yüksək olması qiymətləndirilir.

Mövzunu davam etdirəcəyik…

Rafi Müslümov

COP29

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv