Mayın 24-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı vəzifədaş Marqus Tsahkna ilə telefon danışığı aparıb.
Yenicag.az xəbər verir ki, regional hadisələr kontekstində Ermənistan XİN rəhbəri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında aparılan danışıqların gedişini təqdim edib.
O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında demarkasiya prosesinin davam etdirilməsinin vacibliyini qeyd edib.