Misir Azərbaycana, Türkiyəyə və ərəb ölkələrinə hücumları qəbuledilməz adlandırıb

media-hightechnic-468x90

Yaxın Şərqdə vəziyyətin nəzarət altına alınması üçün dialoq və diplomatiyaya üstünlük verilməsi vacibdir. Misir Körfəz ölkələrinə, eləcə də İordaniya, İraq, Türkiyə və Azərbaycana qarşı hücumları qəti şəkildə rədd edir və qəbuledilməz hesab edir. Misir bu halların qınanılmalı olduğunu vurğulayır.

media-banner_tuq

Yenicag.az Misirin Dövlət İnformasiya Xidmətinə istinadla xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında deyib.

Nazir, həmçinin zorakılıq dalğasının davam etməsinin və münaqişənin daha da genişlənməsinin regional və beynəlxalq sülh və sabitliyi təhdid edə biləcək fəlakətli və təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05