!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdəki təyyarə qəzası terror aktıdır

!Reklam – Yazi

425202Misirin baş naziri Şərif İsmayıl Aralıq dənizi üzərində yoxa çıxan “EgyptAir” aviaşirkətinin təyyarəsi ilə bağlı vəziyyəti öyrənmək üçün hava limanına gedib.

İsmayıl Şerif jurnalistlərə açıqlamasında Parisdən Qahirəyə uçuş həyəta keçirən təyyarədə terror aktının törədilmə ehtimalını istisna etməyib.

Terro aktı ehtimalı barədə danışan ekspert, mülki aviasiyanın pilotu Jerar Felzer deyib ki, təyyarə göydə parçalanıb:

“Ehtimal ki, təyyarə səmada tez parçalanıb. Bu texniki və ya partlayıcı qurğunun işə düşməsi səbəbindən baş verə bilər. Partlayıcı qurğu isə sərnişinlər üçün gətirilən qida məhsullarının içərisində təyyarənini göyərtəsinə keçirilə bilər”.

Bundan başqa qeyd olunub ki, “EgyptAir” şirkəti üç istiqamət üzrə baş verə biləcək diversiyanın qarşısını almaq üçün gücləndirilmiş iş rejimində işləyib.

Qeyd edək ki, Misir sərnişin təyyarəsi Parisin “Charles de Gauelle” aeroportundan havaya qalxıb. Təyyarənin göyərtəsində 56 sərnişin olmaqla, 66 nəfər olub. Təyyarə Yunanıstanın Karpatos adası yaxınlığında qəzaya uğrayıb.(Azvision)

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv