Misirli həmkarı İlham Əliyevə zəng etdi

media-hightechnic-468x90

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə məkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb.

Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti də öz növbəsində Əbdülfəttah Əs-Sisini və Misir xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Prezident İlham Əliyev də Azərbaycanın Misirlə dostluğu və əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, Misir dövlətinə və xalqına çiçəklənmə və inkişaf arzulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa