"MİSRA TV" Rusiyada “xarici agent” elan edildi: Müstəqil sözə vurulan növbəti damğa

media-hightechnic-468x90

30 yanvar 2026-cı il tarixindən etibarən jurnalist Fuad Abbasovun  “MİSRA TV — Rusiya azərbaycanlılarının Beynəlxalq İnformasiya Xidməti” layihəsi Rusiyada rəsmi olaraq “xarici agent” kimi tanınıb.

Yenicag.az xəbər verir ki, bürokratik dildə səslənən bu qərarın əsl mahiyyəti isə daha sadədir: Rusiyanın Ukrayndada apardığı müharibə ilə razılaşmadığına görə, müstəqil jurnalistika apardığına görə, öz sözünü dediyinə görə.

“MİSRA TV” heç vaxt siyasi təşkilat olmayıb, heç bir “təxribatçı fəaliyyətlə” məşğul olmayıb.

Bu platforma Rusiyada yaşayan azərbaycanlı diasporunun hüquqlarını qorumaq, milli-mədəni dəyərləri yaşatmaq və xalqlar arasında dialoqu gücləndirmək məqsədilə yaradılıb.

Lakin görünür, bugünkü reallıqda həqiqəti demək və müstəqil qalmaq belə bəzi dairələr üçün təhlükə sayılır.

“Xarici agent” anlayışı artıq çoxdan hüquqi termin olmaqdan çıxıb.

Bu, fərqli düşünənləri susdurmaq, azad medianı qorxutmaq və rəsmi mövqeni təkrarlamayanları cəzalandırmaq üçün bir alətə çevrilib. MİSRA bu siyahıya düşən ikinci azərbaycanlı media layihəsidir. Ondan əvvəl azərbaycanlı jurnalist Ruslan Süleymanov eyni damğa ilə üzləşmişdi.

Bu təsadüfdürmü? Xeyr. Bu artıq açıq şəkildə formalaşan tendensiyadır.
Xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Fuad Abbasov jurnalist fəaliyyətinə və Qarabağ məsələsində Rusiya hakimiyyətinin mövqeyini tənqid etdiyinə görə saxlanılmışdı. 40 gün təcridxanada qaldıqdan sonra isə Rusiyadan 50 il müddətinə — 2069-cu ilə qədər deportasiya edilmişdi.

İllər sonra isə Rusiya hakimiyyəti birdən-birə jurnalistdə “xarici təsir” tapdı. Bu, gecikmiş və həddindən artıq açıq bir ittihamdır. Əgər bu gün “xarici agent” adlandırılan şəxs sadəcə sual verən jurnalistdirsə, sabah növbə kimə çatacaq? Azad sözə vurulan hər bir damğa əslində cəmiyyətin özünə vurulan zərbədir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05