“Mitsubishi” aşdı
Bakı Qazax magistral yolunun Yevlaxın Səmədabad kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.
Yolda “Mitsubishi” markalı avtomobil aşıb. Avtomobildə olan sərnişinlərdən ikisi hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü Azad Mahmudov və digər iki sərnişin Yevlax mərkəz rayon xəstəxanasına gətirilib. Aralarında azyaşlı olduğu deyilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Sürücünün sözlərinə görə qarşısındakı yük maşınını keçmək istəyərkən idarəetməni itirib və maşın aşıb.
Baş vermiş faktla bağlı baş dövlət yol polis idarəsində araşdırma aparılır.