!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirildi

!Reklam – Yazi

Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən təşkil edilmiş 2023-cü il 2 fevral tarixli “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə.

Gənclər və idman komitəsi tərəfindən “Heydər Əliyev İli” nə və 2 Fevral Gənclər Gününə həsr edilmiş “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmədir. Dinləmədə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və idman komitəsinin üzvü olan millət vəkilləri, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun nümayəndələri, Vətən müharibəsi qaziləri, gənclər sahəsində fəaliyyət göstərən QHT-lər və Universitetlərdən tələbələr iştirak edir. Bugünkü Azərbaycan gənclər siyasətinin banisi, eləcə də ölkəmizdə 2 Fevralın Gənclər Günü elan edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli Lider hakimiyyəti dövründə gənclər ölkənin hərəkətverici qüvvəsinə çevrildi, gənclərin təhsili ölkəmizdə prioritet sahə olaraq müəyyən edildi. Müasir Azərbaycan gənclər siyasəti bu gün bütün sahələrdə Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi istər qazandığı elm və idman olimpiadalarının nəticələrinə, nümayiş etdirdiyi yüksək innovativ bacarıqlarla bərabər, vətənpərvərdir, milli-mənəvi dəyərlərinə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti nəticəsində formalaşmış Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Vətən müharibəsində bizə tarixi Qələbə bəxş etdi.

İctimai dinləmədə eyni zamanda gənclər təşkilatların rəhbərlərinin və gənclərin təklifləri, onları maraqlandıran məsələlər geniş şəkildə müzakirə edilməsi nəzərdə tutulur.

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv