MN: Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır

media-hightechnic-468x90

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.

Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”, – məlumatda deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600