Mobil telefon oğurlayan şəxslər tutuldu

media-hightechnic-468x90

Paytaxtın Nəsimi və Nizami rayonlarında, həmçinin Abşeron rayonunda 5 nəfərə məxsus müxtəlif qiymətlərdə mobil telefonlar oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 19 yaşlı B.Qurbanov, 18 yaşlı P.Sadıqov, 21 yaşlı T.Lətifzadə, əvvəllər məhkum olunmuşlar – 42 yaşlı R.Seyidov, 52 yaşlı C.Kərimov və 49 yaşlı T.Fərəcullayev saxlanılıblar.

Binəqədi rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində planşet oğurlayan 49 yaşlı S.Mursəlova da saxlanılıb.

Araşdırmalar aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa