Reklam: High Technic
hightechnic

Möcüzəvi resept: Varikoz, təzyiq, nevroz, insult, onkoloji xəstəliklər....

Rusiyalı bir qadın sosial şəbəkədə çox xəstəlikləri sağaltdığını iddia etdiyi resept paylaşıb.

Yenicag.az xəbər verir ki, o həkimlərin nəticəsiz müalicələrindən qurtulmağında bu reseptin rolunu vurğulayıb.

Həmin qadın il ərzində 3 dəfə xəstəxanada yatmalı olub. Hər dəfə həkimlər müxtəlif xəstəliklər taparaq, güclü müalicələr təyin ediblər.

Onu gah stenokardiya, gah ostexondroz, gah ateroskleroz, gah da bronxitdən müalicə ediblər.

Amma bunlara baxmayaraq özündə heç bir irəliləyiş hiss etmirdi, simptomlar xəstəxanadan qısa müddət sonra yenidən qayıdırdı.

Tanışına dərdini danışan qadına bu resepti məsləhət görürlər.

100 ml valerian cövhəri, 100 ml pion, 100 ml yemişan, 100 ml damotu (pustırnik) qarışdırılır, bura 25 ml nanə, 50 ml ekvaliptin spirtdə cövhəri də əlavə olunur.

Hamısı tam qarışdırılıb, sonda 30 ml korvalol, 10 ədəd mixək qatılıb, tünd şüşəyə tökülür, qaranlıq, sərin yerdə 2 həftə saxlanılır. Arada çalxalamaq lazımdır.

Qarışım bu qayda ilə qəbul edir:

20 damcını 100 ml ilıq suda qarışdırıb, yeməkdən yarım saat əvvəl qəbul etmək. gündə 3 dəfə.

Bu reseptdən istifadə edənlərin bir çox xəstəliklərinin yüngülləşdiyini etiraf etdikləri bildirilir: artrit, nevroz, yüksək təzyiq, damar keçməməzliyi, varikoz, beyin qan dövranı pozğunluğu, infarkt, insult, onkoloji xəstəliklər, şişəleyhinə, qıcolamalar, yuxusuzluq.

Qeyd edilir ki, bu 1 ay içildikdən sonra 2 ay fasilə edilir, sonra yenidən bir ay içilir./Medicina/

www.yenicag.az

4409