Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

media-hightechnic-468x90

Moldova 2024-cü ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Moldova parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German deyib.

“Biz bu yaxınlarda müdafiə və təhsil sektorlarında üç sazişi ləğv etdik. Demək olar ki, son mərhələdəyik. 2024-cü ilin sonuna qədər prosesi başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq”, – deyə o bildirib.

Komissiya rəhbəri qeyd edib ki, MDB-ni tərk etmək Moldova iqtisadiyyatına təsir göstərməyəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa