Moskva “Qarabağ kartı”nı yenidən İŞƏ SALDI: Kreml revanşistləri RUHLANDIRIR
“Rusiya güclənərsə, revanşistlər Qafqazda yenidən alətə çevrilə bilərlər”.
Bu fikri Ermənistanda revanşist qüvvələrin yenidən aktivləşməsi və bunun səbəblərini Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
O, bildirib ki, revanşistlərin arxasındakı qüvvə Rusiyadır:
“Ermənistan Rusiyanın forpostluğundan tam çıxmayıb. Siyasi kursda bundan çıxma cəhdi var. Ancaq mətbuat, QHT və iqtisadiyyat üzərində Rusiyanın təsir rıçaqları güclüdür. Lavrovun axırıncı səfəri revanşist qüvvələrə stimul verdi. Lavrovun səfəri təqribən başlayın, arxanızda durmuşuq kimi oldu. Lavrov “Artsax”ı yada saldı, “sizin dövlət olmağınızda bizim payımız olub” kimi fikirlər səsləndirdi”.
“Rusiya Ermənistandakı revanşist qüvvələrin fəallaşmasında günahkardır. Rusiyanı Azərbaycanın indiki siyasəti qane etmir. Azərbaycan Türkiyə yönlü, türk yönlü siyasət yürütməyə meyllidir. Pakistan məsələsi də Rusiya və Qərbin müəyyən dairələrini qıcıqlandırır. Güman edirəm ki, Qərbdə olan aqressiya səngiyəcək. Çünki Türkiyə Qərb üçün mühümdür. Sarkisyanlar, Koçaryanlar iş başındadır. Bu xətt tamamilə iflas olmayıb. Bu da Rusiyanın mövqeyi ilə bağlı olacaq. Rusiya güclənərsə, onlar Qafqazda yenidən alətə çevrilə bilərlər”.
Səxavət Məmməd