Rusiyada Moskvavın Vixino rayonunda ərzaq tükanı qarşısında Azərbaycan vətəndaşı, 1966-cı il təvəllüdlü Orucov Qaribin meydi tapılıb.
Yenicag.az-ın məlumatına görə, ölüm hadisəsinin dünən gecə azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən qaynaqlandığı bildirilir.
Qeyd edək ki, Moskvanın Peçatniki rayonun Kuryanova ev 28 ünvanında, Azrbaycanlılara məxsus “Neolit” kofesində fevralın 14 saat 23:00 radələrində atışma baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə silahlanmış 40-50 nəfərdən ibarət bir qpup çeçen “Neolit” kafesinə hücüm ediblər. Nəzərinizə çatdıraq ki, hadisənin səbəbi Azərbyacan millətini təhqir edən Əlixan adlı çeçenin azərbaycanlılar tərəfindən tapılaraq Azərbaycan xalqından üzr istədməsidir./Report/
www.yenicag.az