Moskvada Novruz bayramı belə qeyd olundu
Moskvada Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biri Novruz Bayramı Azərbaycan Mədəniyyətinin inkişaf və intibah fondu və Azərbaycan slavyan gənclər assosiyasiyasının Rusiya nümayəndəliyi tərəfindən möhtəşəm şəkildə qeyd edildi.
Tədbirin əsas məqsədi ilk öncə azərbaycanlıları bir süfrə arxasına yığmaq, ikincisi isə azərbaycanlı tələbələrə adət ənənələrimizi xatrırlatmaq və yaşatmaq oldu.
Çıxış edən Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev də tədbirin əhəmiyyətini qeyd edərək, soydaşlarımızın bayramını təbrik etdi.
Tədbir təşkilatçıları AMİİ fondunun sərdri Şamil Tağıyev və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev də Novruz Bayramının Azərbaycan xalqının qədimliliyinin nümayişi olduğunu bildirdilər. Bayramın ölkəmizin həyatında özünəməxsusluğunu qeyd etdilər.
Tədbirdə Azərbaycanlılarla yanaşı Rusiya dövlətinin də ictimaiət və dövlət xadimləri də iştirak etdilər. Rusiya Dövlət Dumasının deputatı Dimitriy Savelyev çıxış edərək, Azərbaycan dövlətinə, azərbaycanlılara həmişə məhəbbət bəslədiyini qeyd edən millət vəkili, Rusiya və Azərbaycanın həmişə qardaş dövlətlər olduğunu vurğuladı və azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik etdi.
Bayram şənliyi novruz müsabiqələri ilə davam etdirildi. Tələbələr arasında papaq atdı, yumurta döyüşü keçirildi, Novruz bayramı haqqında suallar verildi. Qaliblərə isə təşkilatcılar tərəfindən bayram sovqatı və qiymətli hədiyyələr təqdim olundu.
Tələbələrin milli rəkslərimizi canlandırması və musiqi alətlərimizdə ifası, yadda qalan məqamlardan oldu. Ən maraqlısı isə azərbaycan dilini öyrənən Rusiyada böyüyən həmyerli gənclərimizin Suleyman Rüstəmin “Azərbaycana gəlsin” şerini səsləndirmələri oldu.