!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvada Qələbə paradı başladı - Meydana ilk Azərbaycan hərbçiləri çıxdı - CANLI

!Reklam – Yazi

Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılan Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi başa çatıb.

Hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır.

İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçib.

Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.

***

Rusiyada faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş Qələbə Paradı başlayıb.

Yenicag.az xəbər verir ki, tədbir Moskvadakı Qırmızı Meydanda keçirilir.

Hazırda tədbirdə Rusiya Prezidenti Vladimir Putin çıxış edir. Bundan əlavə, parada Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya, Cənubi Osetiya və Abxaziyanın liderləri qatılıb.

Azərbaycanı paradda Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təmsil edir.

Paradda 13 xarici ölkədən 14 mindən çox hərbçi, 234 ədəd tarixi və müasir quru hərbi texnikası və 75 təyyarə iştirak edir.

www.yenicag.az

1525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv