İran Rusiyaya nə verir, nə alır? – Bumeranq effekti olan “strateji” TƏRƏFDAŞLIQ

media-hightechnic-468x90

“İran ilə Rusiyanın münasibətləri iki müstəqil dövlətin əlaqələri kimi deyil. İran sanki Rusiyanın kuklasına çevrilib – Rusiya nə istəyirsə, İran rəhbərliyinə bunu məcbur etdirir. Hətta görürük ki, Qətərin paytaxtı Dohada keçirilən görüşdən sonra İran nümayəndə heyəti birbaşa Tehrana yox, əvvəlcə Moskvaya uçur, orada “ağa”larına hesabat verir, daha sonra ölkəyə qayıdır. Bu, artıq yeni bir məsələ deyil, hər kəsin gözü önündə baş verir”.

Bunu Yenicag.az-a açıqlamasında cənubi azərbaycanlı analitik Mehdi Nəimi deyib.

media-01000000-0a00-0242-b4cd-08dc247d1b39_w1080_h608

O, Rusiya və İran arasındakı strateji tərəfdaşlıq sazişinin pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, iqtisadi əlaqələrə gəldikdə isə, tərəflərin bir-birinə təklif edə biləcəyi ciddi məhsul və mallar mövcud deyil:

“Hər iki ölkə, əsasən, xam maddə – neft və qaz ixrac etməklə iqtisadiyyatını idarə edir. İran bu baxımdan Rusiyaya çox bənzəyir. Bu səbəbdən də onlar bəzən bir-birlərinə rəqibə çevrilirlər, ehtiyaclarını qarşılamırlar, əksinə, beynəlxalq bazarda bir-birlərinə mane olurlar. Buna görə də aralarında ciddi iqtisadi əməkdaşlıqdan danışmaq mümkün deyil. Hazırda İranda bəzi mədənlər İranın nəzarətindən çıxaraq Rusiyanın əlinə keçib. Bu, xüsusilə qızıl və digər qiymətli daş mədənlərinə aiddir. Həmin mədənlərdə həm rus, həm də Çin şirkətləri fəaliyyət göstərir, sərvəti istismar edirlər. Belə bir mənzərədə İranın maraqlarının qorunmasından bəhs etmək mümkün deyil. Əksinə, Rusiya bu hegemoniyasını qorumaq və gücləndirmək üçün ona bir “qanuni” görünüş qazandırmağa çalışır”.

Müsahibimiz əlavə edib ki, uzun illərdir İran, əslində, Rusiyanın bir növ müstəmləkəsinə çevrilib:

“Bildiyiniz kimi, milyardlarla dollar İran tərəfindən Buşehr nüvə obyektlərinə yatırılıb, lakin bu obyektlərdən millətin xeyrinə hələ də ciddi bir nəticə çıxmayıb. İran bu obyektlər üçün böyük pullar xərcləyib, amma real fayda əldə olunmayıb. Digər tərəfdən, Rusiya bilərəkdən İranın Qərb ölkələri – Almaniya, Fransa, İngiltərə və ABŞ ilə hər hansı ciddi anlaşmasına mane olur. Məqsəd İranın özəlliklə bu ölkələrin təsir dairəsindən uzaq qalaraq Rusiyanın təsiri altında qalmasıdır. Rusiya bu yolla bütün mənfəətləri öz tərəfində cəmləmək istəyir”.

Həmsöhbətimiz əmindir ki, İranın yüksək vəzifəli şəxsləri və məsuliyyət daşıyan şəxslər zaman-zaman öz ölkələrinin maraqlarından çox Rusiyanın maraqlarını düşünür və bu yanaşmanı danışıqlarda da gizlətmirlər:

“Hətta birbaşa deməsələr də, onların çıxışlarında bu fikirlər hiss olunur ki, sanki Rusiyanın agentləri kimi fəaliyyət göstərirlər. Ukrayna müharibəsində də Rusiya ilə İran arasında elə bir qazanc yönümlü əməkdaşlıq baş vermədi. Rusiya İrandan ucuz dronlar almaqla onu faktiki olaraq münaqişəyə tərəf etdi və Qərbin qarşısında qoydu. Halbuki bu alış-verişin İrana nə real qazancı oldu, nə də onun müharibədəki nəticələri məlumdur. Rusiyanın saysız silahları var, amma İranı bu şəkildə münaqişəyə cəlb etməsi, əslində, onu bataqlığa saldı”.

Rafi Müslümov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600