Moskvanın KABUSU: Kiyev “Pautina”dan sonra psixoloji təzyiqi ARTIRIR
“Belə informasiyaları Rusiyaya qarşı psixoloji təzyiqin bir hissəsi kimi saymaq olar”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, Ukraynanın Rusiyada yeni əməliyyat hazırlığı barədə yayılan xəbərlərlə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, Kiyevin hazırladığı “Hörümçək toru” əməliyyatı 3 hissədən ibarət plan sayılır:
“Belə ki, proseslərə diqqətlə nəzərə yetirsək, ilk olaraq Rusiya dəmiryollarındakı partlayışların şahidi olarıq. Ardınca isə xüsusi döyüş təyyarələrinin saxlanıldığı yerlərə Rusiya ərazisinə gizli yollarla keçirilərək hazırlanan dronların zərbələrini müşahidə etdik. Ən son olaraq Krım körpüsündə partlayışlar baş verdi. İndi isə növbəti əməliyyat planı ilə bağlı xəbərlər yayılır. Belə informasiyaları Rusiyaya qarşı psixoloji təzyiqin bir hissəsi kimi saymaq olar. Çünki bu kimi xəbərlər nəticəsində Rusiya hakimiyyəti hazırda ağlını yalnız Ukraynanın növbəti dəfə haranı partladacağını fikirləşərək yorur. Bir sözlə, bu müharibə bitməyənə qədər nə Rusiya hökuməti, nə də vətəndaşlar rahatlıq tapmayacaq”.
Nəsimi Ələsgərli