Moskvanın Koçaryan PLANI: “Rusiya çalışır ki, Azərbaycanda qarışıqlıq yaratsın”
“Sülh müqaviləsi bağlandıqdan sonra Rusiyanın əl-ayağı regiondan kəsiləcək”.
Bu sözləri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yönündəki atılan addımları Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, sülh üçün fürsət yaranıb:
“Ermənistanın sülh müqaviləsinə can atdığının şahidiyəm. Əgər bu baş verərsə, seçkilərdə Paşinyanın mövqeyini möhkəmləndirər. Azərbaycan da buna razıdır. Onsuz da Azərbaycan iki məsələyə görə bir qədər tərəddüd edir. Hesab edirəm ki, iki müddəanı çıxarmaqla da sülh müqaviləsini bağlamaq olar, çünki bu fürsətdir və bunu əldən qaçırmaq olmaz. Moskva çalışır ki, Azərbaycanın ziyanına olaraq Koçaryanı hakimiyyətə gətirsin. Rusiya da çalışır ki, Azərbaycanda qarışıqlıq yaratsın. Sülh müqaviləsi bağlandıqdan sonra Rusiyanın əl-ayağı regiondan kəsiləcək”.
Səxavət Məmməd