!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mövlud Çavuşoğlundan şok İŞİD açıqlaması

!Reklam – Yazi

81420İŞİD terror qruplaşmasında ABŞ və Rusiya istehsalı olan silahlar var.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu Taylandda Saranrom İnstitutunun təşkil etdiyi “Türkiyənin Xarici siyasəti” adlı konfransda çıxışı zamanı deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Türkiyənin Suriyadakı PYD və PKK kimi digər terror təşkilatlarına də qarşı olduğunu deyən Çavuşoğlu bu qruplaşmaların İŞİD-ə qarşı Suriyanın müstəqilliyi, ərazi bütövlüyü və ya sülhü üçün döyüşmədiyini bildirib: “Onlar yalnız ölkənin mövcud torpaqlarına nüfuz etmək üçün döyüşür. Biz bunun qarşısındayıq. Bu vəziyyət Suriya və İraqın suverenlini baltalayır”.

Onun sözlərinə görə, İŞİD “Əl-Qaidə” üzərindən ortaya çıxsa da Suriya rejimi tərəfindən dəstəklənir: “Çox açıq danışacağam. İŞİD-də Rusiya və Çin istehsalı olan silahlar var. Bu silahları İŞİD-ə Suriya rejimi verib. Kifayət qədər güclü olduğuna inandıqlarından dövlət elan etdilər. İŞİD nə bir ölkəni, nə də İslamı təmsil edir”.

Çavuşoğlu İŞİD-in Mosulda İraq ordusunun istifadə etdiyi ABŞ silahlarını da ələ keçirdiyini qeyd edib.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv