MSK-də MAAŞ QALMAQALI: “Məzahir Pənahov göz görə-görə...”

media-hightechnic-468x90

“Əgər insanlar bu prosesə cəlb edilibsə onların ödənişi də vaxtında ödənməlidir”.

Bu fikirləri Yenicag.az-a Ağ Partiya sədri Tural Abbaslı bildirib.

Partiya sədri mediada yayılan “Dairə seçki komissiyaları (DSK) işçilərinin əməkhaqqıları Mərkəzi Seçki Komitəsi tərəfindən aylardır ödənilmir” xəbərini şərh edərək qeyd edib ki, məsələnin əsli haqqında ətraflı məlumat olmadığı üçün konkret heç nə demək olmaz:

“Bu faktla bağlı bizdə dəqiq məlumat yoxdur. İstənilən halda, əgər bu proses və prosesin iştirakçıları varsa, onların əməkhaqqıları da verilməlidir. Düşünmürəm ki, MSK və ya Məzahir Pənahov göz görə-görə yüzlərlə insanın iştirak etdiyi prosesin haqqını mənimsəsin. Hər halda, yəqin yubanmalar var. Yubanmaların olmaması isə daha yaxşı olardı. Xatırlayırsınızsa, Dövlət Gömrük Komitəsində də aylarla maaşlar verilməmişdi. Belə faktlar ola bilər və istənilən halda, biz hər zaman xalqın yanında olduğumuz üçün deyə bilərəm ki, işçilərin maaşı müvafiq qurum tərəfindən ödənilməlidir”

“MSK üzvlərinə və bu prosesdə iştirak edənlərə də məsləhətim odur ki, bu məsələni açıq şəkildə işıqlandırsınlar və aidiyyəti qurumlara şikayət etsinlər ki, məsələ gündəmə gəlsin. Gördüyümüz qədəri ilə hər hansı məsələ ictimailəşəndən sonra ona diqqət artır. Ümumi olaraq MSK-nın maliyyə vəziyyəti ilə, büdcədən nə vaxt pul ayrılır, ümumiyyətlə, pul ayrılırmı? Bunları detallı bilmədiyim üçün konkret bir şey deyə bilmərəm, amma, hər halda, ortada iş varsa və insanlar prosesə cəlb edilibsə, onların ödənişləri də vaxtında edilməlidir”, – deyə o, fikirlərini tamamlayıb.

Qeyd edək ki, hər il Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə, əsasən, yanvar ayında seçici siyahılarının dəqiqləşdirilməsi aparılır.

Qanunvericiliyə uyğun olaraq 20 gün müddətində Məntəqə seçki komissiyalarının 6 nəfərdən ibarət üzvü əsas iş yeri üzrə əməkhaqqı saxlanılmaqla dövlət büdcəsi hesabına əlavə pul təminatı alırlar. Məlumata görə 673 məntəqə üzrə işçilərin pulu MSK tərəfindən aylardır ödənilmir.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600