!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MSK-nın binasını partlatmaq istəyən şəxs SAXLANILDI – FOTO

!Reklam – Yazi

Kişinyovda noyabrın 4-də axşam saatlarında Mərkəzi Seçki Polisinin binasını və dövlət qulluqçularının avtomobillərini yandırmağı planlaşdıran diversantların şəriki saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə noyabrın 5-də Moldova Polisinin Baş Müfəttişliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 31 yaşlı kişinin evində axtarış aparıb və içərisində cinayət işi üzrə sübut olan mobil telefon götürülüb. Baş Prokurorluğun Mütəşəkkil Cinayətkarlığa və Xüsusilə Vacib İşlərə Qarşı Mübarizə İdarəsi toplanmış sübutları tədqiq edib. Qeyd olunur ki, bundan sonra isə profilaktik tədbirin tətbiqinə ehtiyac müəyyən ediləcək.

Şübhəlinin şəxsiyyəti onun dəfələrlə Mərkəzi Seçki Komissiyasının və Baş Polis Müfəttişliyinin binalarının yaxınlığında olması ilə müəyyən edilib. Polis noyabrın 3-də prezident seçkiləri günü rəsmi polis maşınlarından birinin yandırıldığını da vurğulayıb.

Xatırladaq ki, oktyabrın 31-də MSK-nın qərargahını və polis maşınlarını yandırmağı planlaşdıran 5 nəfərdən ibarət qrup saxlanılıb və sonradan onlar nəzarətə götürülüb. Hazırda istintaq hərəkətləri davam etdirilir, saxlanılan şəxslər qanuna uyğun olaraq təqsirli sayılırlar.Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilər göstərişlərə əməl etdikləri üçün onlara 5 min dollar vəd edən moskvalı bir şəxs tərəfindən işə götürülüb.

Qeyd edək ki, Moldova daha əvvəl bəyan etmişdi ki, Rusiya ölkədə təsir əməliyyatlarına, xüsusən də prezident seçkilərinə və Avropa İttifaqına daxil olmaq üzrə referenduma müdaxiləyə milyonlarla dollar xərcləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

88
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv