“Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçkilərin nəticələri elə həmin günün axşamı və ya yanvarın 30-da açıqlanacaq”.
Yenicag.az xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O, qeyd edib ki, seçkilərdə bütün bələdiyyə ərazilərində tanınmış şəxslər namizədliklərini irəli sürüblər. MSK sədrinin sözlərinə görə, seçkiləri izləmək üçün 70 mindən çox müşahidəçi qeydə alınıb və min məntəqədə kamera quraşdırılıb.
“Seçkilərin şəffaflığı təmin ediləcək. Nəticələri yanvarın 29-da axşam və ya 30-da ictimaiyyətə təqdim edəcəyik,” – deyə MSK sədri bildirib.
Bundan əlavə, M. Pənahov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək. MSK sədri seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə prosesi izləməyin mümkün olacağını da diqqətə çatdırıb.
Nəsimi Ələsgərli
www.yenicag.az