Müdafiə Nazirliyindən Facebook istifadəçilərinə Müraciət

media-hightechnic-468x90

faceboook mudMüdafiə Nazirliyi Facebook istifadəçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Bununla yanaşı, Facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

Facebook istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600