Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər etdi

media-hightechnic-468x90

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a nazirlikdən məlumat verilib.

Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib.

Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.

Görüşdə, həmçinin Azərbaycan – Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.

Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

media-9kwgcn6fq9wsuejnjxafre1ncfvagiiwebpwcuot_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05