Müdafiə Sənayesi Sərgisinin keçiriləcəyi tarix açıqlanıb

media-hightechnic-468x90

faeef391df01c12f7f11b9049d87f7efII Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX) keçiriləcəyi tarix təsdiq olunub.

Sərginin təşkilat komitəsindən verilən məlumata görə, ikinci ADEX sərgisi 27-30 sentyabr 2016-cü il tarixlərində Bakıda keçiriləcək.

Artıq sərginin beynəlxalq səviyyədə tanıtımı və yeni iştirakçıların cəlbi istiqamətində iş aparılır. Bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçiriləcək İDEX-2015 beynəlxalq müdafiə sərgisində ADEX-2016-nın tanıtımı olacaq.

Qeyd edək ki, I ADEX sərgisi 2014-cü ilin sentyabr ayında keçirilib. Sərgidə 200-dən artıq yerli və xarici şirkət iştirak edib(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa