!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müddətli hərbi qulluqçular üçün ƏLAVƏ MƏZUNİYYƏT: “Bu təklifin reallaşması ordunun...”

!Reklam – Yazi

“Müddətli hərbi xidmət edənlərin hər il 10 gün məzuniyyət götürmələrinə şərait yaradılmalıdır”.

Bu fikirləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsmanın) Səbinə Əliyevanın əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklifinə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, belə bir təklifin reallaşması Azərbaycan ordusunun döyüş potensialına heç bir mənfi təsir göstərməyəcək:

“Azərbaycanda ali təhsilli olmayan əsgərlərin xidmət müddətinin 18 ay olduğunu nəzərə alsaq, bu dövrdə onlar yalnız 10 gün məzuniyyət götürə bilərlər. Lakin düşünürəm ki onların hər il daha 10 gün məzuniyyət götürmələrinə şərait yarada bilərik.

Buna görə də Səbinə Əliyevanın irəli sürdüyü bu təklifi məqsədəuyğun hesab edirəm. Belə bir təklifin reallaşması Azərbaycan ordusunun döyüş potensialına heç bir mənfi təsir göstərməyəcək.

Müddətli hərbi xidmət qulluqçularının tətillərini iki yerə bölmək olar. Bu tətillər ilk xidmət ilində birinci dəfə 6 aydan sonra, ikincini xidmət ilində isə növbəti 6 ay ərzində verilməlidir”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv