!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimələr şalvar geysin, geyməsin? – Şərh

!Reklam – Yazi

 

İspanyol-Paça-Pantolon-Modelleri-2016Vaqif Abışov: “Şalvar qadağası istər qanunvericilk, istərsə etika, müasir insana münasibət, qadına münasibət çərçivəsinə tamamilə ziddir”

Azərbaycanda orta məktəblərin əksəriyyətində müəllimələrin şalvar geyinərək dərsə gəlməsinə qeyri-rəsmi olaraq bir qadağa qoyulub. Belə məktəblərdən biri də Bakı Sosial Pedoqoji Kollecidir.

Görəsən, müəlliməyə münasibətdə atılan bu addım nə dərəcədə məntiqlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirdi ki, xanım müəllimələrin şalvar geyinərək dərsə gəlməsi uşağın psixologiyasının pozulmasına hər hansı bir formada təsir göstərmir ki, onlara da bu qadağa qoyulsun: “Tarixdə buna bənzər hadisələr olub. Məsələn, Rus çarı I Pyotr saqqal vergisi tətbiq etmişdi. Ona əsasən saqqalı ya qırxmalı, ya da buna görə yüksək miqdarda vergi verməli idilər. Bu yaxınlarda isə Milli Məclis tərəfindən bir ay ərzində 7 gün dərsə gəlməyən uşaqların valideynlərinin 100 manata qədər cərimələnməsi haqqında qanun qəbul olundu. Bu qanun da fikrimcə, heç bir məntiqə sığmayan məsələdir. Qadın müəllimələrin dərsə şalvar geyinərək gəlməsinə

qadağa qoyulması da bu mənada istər qanunvericilk, istərsə etika, müasir insana münasibət, qadına münasibət çərçivəsinə tamamilə ziddir. Niyə, nəyə əsasən qadağan edirlər, məhəttələm. Bir halda ki, qadınlarda harda işləməsindən asılı olmayaraq şalvar geyinməyə meyllilik varsa və bu indiyə kimi heç bir qəbahət yaratmayıb, ictimai qınağa səbəb olmayıbsa, xanım müəllimələrin belə geyiminə hər hansı bir qadağanın tətbiqi yolverilməzdir.  Əksinə, havaların soyuq olması fonunda qadınların da şalvar geyməsi onların soyuqdan qorunması baxımından vacibdir.  Millətindən, dövlət quruluşundan asılı olmayaraq hazırda xanımların şalvar geyinməsi də modda olan bir məsələdir. Bu mənada da müəllimələrə iş prosesində şalvar geyinməsinin qadağan edilməsinin şəxsən əleyhinəyəm. Bunun nəyi qəbahətdir ki? Həmin addım uşağın psixologiyasını pozmağa yönəlik bir məsələ deyil ki, ona da qadağa qoyulsun. Təhsildə bu məsələdənsə, zorakı yolla, yaxud da qanunveriçi addımlarla nəyisə qadağan etməkdənsə, məktəblərin maddi-texniki bazasının daha da gücləndirilməsi, müəllimlərin əmək haqqlarının artırılması daha önəmli yer tutmalıdır”.

ELÇİN

COP29

www.yenicag.az

1404
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv