Müəllimlər MAAŞSIZ QALIB - Qurumlar məsuliyyətdən yayınır

media-hightechnic-468x90

Bakı məktəblərində yeni işə düzələn müəllimlər maaşsız qalıb, qurumlar isə məsuliyyətdən yayınır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Bakı şəhərində bu ilin sentyabr ayından fəaliyyətə yeni başlayan müəllimlər artıq iki aydır əməkhaqlarını ala bilmirlər.

Redaksiyamıza daxil olan şikayətdə bildirilib ki, onlara nə maaş kartları təqdim olunub, nə də bu gecikmənin səbəbi barədə rəsmi məlumat verilib.

Yenicag.az məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edildikdə, qurum bunun Bakı Şəhər Təhsil İdarəsinin səlahiyyətində olduğunu açıqlayıb. Lakin həmin idarə məsuliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜDTA) yönəldib. MÜDTA da öz növbəsində sorğunun cavabını Bakı Şəhər Təhsil İdarəsini üstünə atmağa cəhd etdi.

Qurumlar arasında məsuliyyətin bir-birinə ötürülməsi müəllimlərin vəziyyətini daha da çətinləşdirir və təhsil sistemində idarəetmə problemlərini bir daha ortaya çıxarır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05