Müəllimləri təhqir edən direktorun şok səs yazısı - VİDEO
Müəllimləri təhqir edərək “hinduşkabaş” deyən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb.
Yenicag.az Globalinfo.az-a istinadla xəbər verir ki, səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub.
Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı məktəbin müəllimləri daha əvvəl “Yeni Çağ” Media Qrupuna müraciət etmişdilər. Onlar paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın fəaliyyətinə dair bir sıra iddialar irəli sürmüş, hətta direktorun dərs saatlarını rüşvətlə bölüşdürdüyünü, eləcə də pedaqoji heyəti təhqir və təhdid etdiyini bildirmişdilər.
Məqaləni buradan oxuya bilərsiniz.
Səs yazısını təqdim edirik: