Müəllimlərin maaş artımı BU TARİXDƏ ödəniləcək - RƏSMİ

media-hightechnic-468x90

Məlum olduğu kimi, bu il fevralın 23-də Prezident İlham Əliyev müəllimlərin əməkhaqlarının 10 faiz artırılması ilə bağlı Sərəncam imzalayıb.

media-banner_tuq

Müəllimlər isə həmin sənədə əsasən, fevralın 1-dən tətbiq edilməsi nəzərdə tutulan artımları hələ də ala bilmədiklərini deyirlər. Onlar bildirir ki, maaşları verilsə də, artım əlavə edilməyib.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən (ETN) bildirilib ki, müəllimlərin maaş artımları yaxın günlərdə ödəniləcək: “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, həmçinin dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin vəzifə maaşlarının artımları yaxın günlərdə ödəniləcək”.

Rəsmi məlumata görə, sözügedən kateqoriyadan olan şəxslərə fevral-mart maaşları tam olaraq köçürülüb: “Yaxın günlərdə isə iki ay üzrə artımlar tam olaraq ödəniləcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05