Müğənni Dəniz həbs olundu
Özünü müğənni kimi təqdim edən Dəniz Əsədova hakim qarşısına çıxarılıb. O, dörd nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib. Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.
Yenicag.az “Musavat.com”a istinadən xəbər verir ki, onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında dörd şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.
Bu gün məhkəmə vəkil Asim Abbasovun şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib.
Asim Abbasov müğənnini onun barəsində sosial şəbəkələrdə yalan və həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar paylaşdığına görə xüsusi ittihan qaydasında məhkəməyə vermişdi.