Müğənni Pərvindən aparıcılara QƏZƏBLİ DƏRS: “Bilir ki, verilişdə ortada qalacaq”

“Aparıcıların səviyyəsi çox bərbaddır, hətta Azərbaycan dilində normal danışa bilmirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Pərvin Lətifov “Gül kimi şou”da deyib.

O, aparıcıların reytinq arxasınca qaçmalarından gileylənərək sərt fikirlər səsləndirib:

“Aparıcılar ifadələrini belə düzgün seçə bilmirlər. Çalışmaq lazımdır, hərə öz tərəfindən bu bərbad durumu düzəltməyə cəhd etməlidir.

Kim reytinq verirsə, aparıcı verilişə onu çağırır. Verilişdən zəng edirlər, deyirəm, gəlin bu gün Azərbaycan mahnılarından, bəstəkarlardan, folklorumuzdan danışaq. Deyir, camaat ona baxmır e…

Çünki aparıcı özü məlumatsızdır, bilir ki, verilişdə ortada qalacaq. Hansı ki, aparıcı bütün sahələri – tarix, ədəbiyyat, musiqi, filologiya, folkloru gözəl bilməlidir. Hər əlinə mikrofon götürən aparıcı ola bilməz”.

Nehru

COP29