Mühacir müsavatçılar partiyadaxili müxalifətdən nə istədilər? – Bəyanat

media-hightechnic-468x90

big9453-musavat“Qurultayın qərarı Müsavat üzvlərinin iradəsinin ifadəsi deməkdir”

Müsavat daxilində baş verənlərlə bağlı xaricdə yaşayan müsavatçılar da mövqelərini ortaya qoydular. Yenicag.az-a daxil olan bəyanatda Avropanın müxtəlif ölkələrində yaşayan müsavatçıların adı və onlar bir an öncə müxalifləri Arif Hacılı başqanlığına qarşı hücumları dayandırmağa çağırırlar. Əksəriyyəti tanınmış müsavatçılardan ibarət olan bəyanat müəlliflərinin bəyanatı aşağıdakı kimidir:

Xaricdə yaşayan Müsavatçılarıin partiya üzvlərinə müraciəti

Hörmətli Müsavat Partiyasının üzvləri,

Müsavat Partiyası bütöv bir əsrin amansız sınaqlarından, məhbəsdən, sürgündən, kütləvi məhv edilmədən, mühacirətdən keçərək şərəfli tarix yazmış bir partiyadir və bu gun də eyni təzyiqlər altında Azərbaycanın və azərbaycanlıların azadlığı üçün mübarizənin önündədir. Böyuk öndər, dahi şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış, onun rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qazanmış Müsavat Partiyası Mirzə Bala Məmmədzadə, Kərim Odər, Məhəmməd Azər Aran və İsa Qəmbərin başqanlığı ilə bütöv bir əsrlik şərəfli tarix yazmışdır.

Azərbaycana bir sıra demokratiya ənənələrini gətirən, o cümlədən praymerizin keçirilməsi, seçkilərdə yetərsayın endirilməsi, bütün strukturlarda qadınlar üçün kvotanın ayrılması kimi mütərəqqi qaydaları ilk dəfə olaraq tətbiq edən Müsavat Partiyası bu istiqamətdə növbəti tarixi addımını ataraq Partiyanın qurultayında bir nəfərin iki dəfədən artıq partiya başqanı seçilə bilməməsinə dair nizamnamədə əks olunan müddəani da gerçəkləşdirdi.

Uzun illərdən bəri demokratik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq Qurultayda paritet əsaslarla Seçki komissiyası yaradaraq qurultayın aşkar, şəffaf keçirilmesine nail olub. Partiyanin qurultayinin internet vasitesi ile canli yayımlanması, başqanlığına keçirilən seçkilərdə səslərin sayılması, səslərin hesablanması mutərəqqi bir yenilik idi. Müsavat üzvlərinin iradəsininə paritet əsaslarla formalaşmış seçki komissıyasının yekun protokoluna uygun olaraq, Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib.

Qurultayin qərarları ilə razilaşmayan, səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa, hakimiyyət TV və mətbuatında və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürməleri bizi çox təəssüfləndirir. Biz xaricdə yaşayan müsavatçılar hesab edirik ki, Qurultayın qərarı Müsavat üzvlərinin iradəsinin ifadəsi deməkdir və Sizdən partiyanın ali orqanı olan Qurultayın qərarlarına sayğı ilə yanaşmanızı, partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan fəaliyyətə son qoymağınızı xahiş edirik.

Dəyərli dostlar, ümid edirik ki, 1993-cü ildən etibarən çox sayda Müsavat partiyasının üzvləri təqiblər, təzyiqlər, həbslər və ağır sosial-iqtisadi məhdudiyyətlər şəraitində cəsarət göstərərək rejimə qarşı mübarizənin önündə olub. Belə mübariz insanlarımıza partiyamiz üçün belə tarixi və məsuliyyətli bir məqamda, ölkəmiz üçün qarşıdan gələn həlledici mərhələdə bir olmağı arzulayırıq. Ümid edirik ki, Müsavat Partiyası bu mərhəllədən də monolit, güclü bir təşkilat kimi çıxacaq və İsa bəyin liderliyi, Arif bəyin başqanlığı ile yeni uğurlara imza atacaq.

Tanri Musavatı qorusun.

Almaniya

İlham Həsən

Əhməd Cəlaloglu,

Çaglar Qasımov,

Elşən Cəbiyev,

Nurlan Əliyev,

İntiqam İbrahimoğlu,

Xəqani Həsən,

İlahə Əliyeva,

İlqar Əliyev

Kamil Həsən,

Əkbər Xəlilov,

Hollandiya,

Eldəniz Yusibov,

Rəşad Sadiqov

Kamal Qasımov,

Samit Məmmədov,

Eldəniz Abdurəhmanov,

Həsən Abdurəhmanov,

Elmir Abdurəhmanov,

Tahir Nəbili

İsvec,

Sərdar Agayev,

Fikrət Nəsirov,

Əli Agayev,

Zərrabi Kərimov,

Vuqar Davudov,

İngiltərə

İsrail İsrafil,

Belcika,

Ləman Talibova,

Elşən Mirzəyev,

Elnur Mirzəyev.

22.11.2014

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600