Müharibə şəraitində iqtisadi sabitlik: Azərbaycan risklərdən necə qorunur?
“Müharibələrin ölkəmizə neftin qiymət artımından başqa ciddi təsiri yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib.
İqtisadçı dünyada baş verən müharibələrin Azərbaycana iqtisadi təsirindən danışıb:
“Dünya iqtisadiyyatında baş verən proseslərin Azərbaycan iqtisadiyyatı və ticarət saldosu üçün hər hansı bir mənfi təsiri yoxdur. Ümumilikdə mövzunu müzakirə etsək, əlbəttə, həm mənfi, həm də müsbət tərəfləri var. Əslində, neftdən gələn gəlirlər olmasa, bu, birbaşa Azərbaycan iqtisadiyyatına təsir göstərərdi. Məlumdur ki, idxaldan asılıyı inflyasiya həmin ixracatçı ölkələrdə də müharibə şəraitində qiymətlərə təsir göstərir. Bu da birbaşa Azərbaycanda qiymət artımına təsir edən faktordur.
Əslində, hazırda da müəyyən qiymət artımı var. Yuxarıda qeyd etdiyim kimi, sadəcə, neftdən gələn gəlirlər hesabına tənzimlənir”.
Nurlan Cəfəri













