!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibədə DÖNÜŞ NÖQTƏSİ: “ABŞ-dəki seçkilərdən sonra...”

!Reklam – Yazi

“Rusiya ərazilər ələ keçirsə belə, müharibənin kimin xeyrinə bitəcəyi heç kəsə məlum deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Moskvanın yeni reallıqlar formalaşdıraraq müharibənin aktivliyini artırmasının proseslərə təsirindən danışan siyasi təhlilçinin sözlərinə görə, davam edən Rusiya-Ukrayna müharibəsinin taleyinin yaxın perspektivdə həll olunacağı ilə bağlı ehtimal yoxdur:

“Düzdür, Rusiya yeni ərazilər tutduğunu deyir, ancaq məsələ burasındadır ki, müharibə bu gün yalnız silahla baş tutmur. Həm də bunu hibrid müharibə saymaq olar. Ukrayna əraziləri geri aldığını, Rusiya yeni ərazilər tutduğunu tirajlayır, yəni müharibə həm də informasiya müstəvisində gedir. Bu mənada, kimin doğru olduğunu müəyyənləşdirmək çətindir”

“Ümumi yanaşdıqda müharibənin taleyi ABŞ-dəki seçkilərdən əhəmiyyətli dərəcədə asılıdır. Yəni münaqişənin nə qədər uzadılacağını, yaxud hansı müddətə qədər davam ediləcəyi məhz seçkilərdən sonra qərarlaşdırılacaq. Çünki Ukraynanın özünün silah-sursat ehtiyatı, demək olar ki, tükənib və artıq tam olaraq yardımlardan asılı vəziyyətdədir. Son olaraq Rusiya ərazilər ələ keçirsə belə, müharibənin kimin xeyrinə bitəcəyi heç kəsə məlum deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv