!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin genişlənməsi TƏHLÜKƏSİ: “Bu ölkələr geri addım atmaq niyyətində deyil”

!Reklam – Yazi

“Müttəfiqlərin qarışacağı təqdirdə, İran-İsrail müharibəsi daha böyük müharibəyə çevrilə bilər”.

Bu fikri İsrailin İrana hücumundan sonra İranın buna cavabsız qalmayacağını bəyan etməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, İran cavab tədbirləri görəcəyi təqdirdə böyük müharibə başlaya bilər.

“İsrail üç mərhələli şəkildə İrana zərbələr endirdi. Birinci mərhələdə hava hücumundan müdafiə sistemlərinə, ikinci hərbi sənaye zavodlarına, üçüncü isə strateji hərbi hissələrə. Strateji hərbi hissələr raket qurğularının olduğu obyektlər idi.

İsrailin hücumundan sonra ABŞ İrana çağırış etdi ki, cavab zərbələri endirməsin. ABŞ açıq şəkildə göstərdi ki, İsrailin yanında olacaq. İran tərəfi bir neçə gün susqun dayansa da, sonradan açıq şəkildə bildirdilər ki, İsrailə ağır cavab verəcəklər”, – deyə o bildirib.

Onun sözlərinə görə, qarşılıqlı zərbələrin nə qədər davam edəcəyini demək çətindir.

“Ancaq görünən odur ki, nə İran, nə də İsrail geri addım atmaq niyyətində deyil. Güman edirəm ki, İran İsrailə zərbələr endirsə, İsrailin müttəfiqləri məsələyə qarışa bilər. Bu müharibəni daha da alovlandıra bilər. Bu İsrail-İran müharibəsi yox, daha böyük müharibəyə gətirib çıxaracaq”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv