Müqəddəs torpaqlarda terror aktı baş verib

media-hightechnic-468x90

thumb_nb-110555-635460421487743321_333İraqın müqəddəs Kərbəla və Nəcəf şəhərlərində içərisində mina yerləşdirilmiş avtomaşınların partladılması ilə terror aktları törədilib.

Kərbəlada partlayış şəhərin mərkəzi hissəsindəki Meysəm-Təmmar küçəsində törədilib. Burada bir nəfər həlak olub, altı nəfər yaralanıb.

Nəcəf şəhərində törədilən terror aktında isə 12 nəfər yaralanıb.

Sözügedən iki şəhər İraqın cənubunda yerləşir. Samirra şəhərindən fərqli olaraq, Kərbəla və Nəcəfdə terror aktları burada möhkəmləndirilmiş təhlükəsizlik tədbirləri səbəbilə daha az hallarda baş verir. 9

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600