Müsavatın Ümumrespublika müşavirəsi başladı

media-hightechnic-468x90

83953Noyabrın 23-də Müsavat Partiyasının Ümumrespublika müşavirəsi başlayıb. Partiyanın qərargahında keçirilən tədbiri Müsavat başqanı Arif Hacılı Müsavatın himni ilə açıq elan edib.

Məlumata görə, A.Hacılı çıxışında son aylar keçirilən zona müşavirələrindən söz açıb və bu tədbirlərin davamlı olacağını vurğulayıb.

Eyni zamanda, ilin sonunda keçiriləcək bələdiyyə seçkilərindən danışan A.Hacılı deyib ki, Müsavat Partiyası bununla bağlı qərar verib və iştirakı rayon təşkilatlarının öhdəsinə buraxıb. Bəzi rayonlarda müsavatçıların seçkiyə qatılmaq istəyini müsbət qarşılayan A.Hacılı deyib: “Hər halda, seçkidə iştirak etmək iştirak etməməkdən daha yaxşıdır”. O həmçinin qeyd edib ki, seçkidə iştirak etmək niyyətində olan müsavatçılara təzyiqlər var.

A.Hacılı Müsavatın sonuncu qurultayından və başqanlıq seçkisindən narazı qalmış partiya üzvlərindən də danışıb və deyib ki, narazıların təklifləri və müzakirələri partiya daxilindən kənara çıxıb: “Çox böyük bir diskussiya başlayıb. Müsavata heç bir rəğbət bəsləməyən çevrələr bundan istifadə edir. Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən istifadə etməkdədir”.

Tədbirdə keçmiş başqanlığa namizədlərdən Qubad İbadoğlu və Tural Abbaslı da iştirak edir.(musavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600