Müşfiq Ələsgərli: "Bu addım peşəkar medianın çətinliklərdən qorunmasına kömək edir"

media-hightechnic-468x90

“Azərbaycan dövlətinin peşəkar media qurumlarını vergi yükündən azad etməsi bu sahənin inkişafı üçün atılmış mühüm addımlardandır”.

media-2eb59c503167fc95b4129bf78e4d0c68

Bunu Yenicag.az-a açıqlamasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində media subyektləri üçün gələn il yanvarın 1-də başa çatacaq vergi güzəştinin müddətinin uzadılmasının nəzərdə tutulmasını şərh edən Mətbuat Şurası İdarə Heyətinə üzvü Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sosial platformaların artması nəticəsində reklam bazarının əsas hissəsi məhz həmin şəbəkələrə yönəlib, bu da peşəkar media qurumlarının maliyyə dayanıqlığına mənfi təsir göstərir:

“Reklam gəlirlərinin əksəriyyəti sosial şəbəkələrə axdığı üçün peşəkar mediaların reklam gəlirləri xeyli azalıb. Bu da həmin qurumlar üçün ciddi problemə çevrilib. Yaranmış maliyyə boşluqlarının aradan qaldırılması üçün müəyyən dəstəyə ehtiyac var”.

Müşfiq Ələsgərli hesab edir ki, Azərbaycan dövlətinin peşəkar media qurumlarını vergi yükündən azad etməsi bu sahənin inkişafı üçün atılmış mühüm addımlardandır:

“Azərbaycan dövləti hər zaman mediaya diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Medianın inkişafı üçün qəbul edilən dövlət konsepsiyası və müxtəlif formalı dəstəklər peşəkar medianın çətinliklərdən qorunmasına kömək edir”.

Müşfiq Ələsgərli bildirib ki, 2020-ci ildə qəbul edilən yeni “Media haqqında” qanun və sonrakı dövrdə tətbiq olunan güzəştlər jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına və medianın dayanıqlı fəaliyyətinə şərait yaradıb:

“2022-ci ildə qanun qüvvəyə mindikdən sonra jurnalistlər sosial ipoteka proqramına daxil edildi, fərdi çalışan jurnalistlər üçün vergi yükü azaldıldı, media subyektləri isə müəyyən müddətə vergi güzəştlərindən yararlandı. Bütün bu addımlar peşəkar medianın qorunub inkişaf etdirilməsinə və cəmiyyətin etibarlı, düzgün xəbər almasına xidmət edir”.

Mətbuat Şurası İdarə Heyətinə üzvünün sözlərinə görə, bu dəstək həm də dövlətin sosial siyasətinin tərkib hissəsidir:

 “Bu yardımlar Azərbaycanın sosial dövlət olmasından irəli gəlir və Prezidentin mediaya göstərdiyi xüsusi qayğının bariz nümunəsidir. Nəticədə həm dövlət, həm də cəmiyyət qazanır. Peşəkar medianın yaşaması etibarlı və düzgün informasiya mühitinin formalaşması deməkdir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa