Musiqi müəllimi intihar etdi - Abşeronda

media-hightechnic-468x90

Abşeron rayonunda, təxminən, 30-35 yaşında qadın özünü asaraq intihar edib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, Xırdalan şəhər sakini, Ağamalıyeva Nərmin Elxan qızı özünü asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

İntihar edən qadının musiqi müəllimi olduğu deyilir. Mərhumun azyaşlı bir qızı var.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600