Xırdalanda qətl törədən şəxs saxlanılıb – Yenilənib

media-hightechnic-468x90

Abşeron rayonu, Xırdalan şəhərində Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

media-banner_tkm

“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

***

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Yenicag.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron 1” yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05