“Azərbaycan-Türkiyə qardaşlığının hər sahədə nümayiş etdirilməsi çox vacibdir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyənin nüfuzlu alimlərindən biri olan İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Uğur üçün təhsildə liderlik: İdarəetmənin açarı” seminarından öncə mediaya müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə təcrübə mübadiləsi sayəsində istənilən sahədə böyük uğurlara imza ata bilər. Çünki təhsil insan bədəni kimidir, dayanmadan dəyişir, inkişaf edir.
Müsahibəni tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az