Mustafa Cəmilovu dəstəkləyən cərimə edilir

media-hightechnic-468x90

hhhhu“Krımı zəbt edən hakimiyyət Mustafa Cəmilovun Vətənə qayıtmasını dəstəkləyənlərin bir neçəsini 10 min rus rublu müqabilində cərimələyib”.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.

“Məclis” İdarəsinin hüquqşünası Teyfuk Qafarov bildirib ki, bu gün Simferopolda 3 məhkəmə iclası olub, məhkəmədə iki nəfərin hər birinə 10 min rus rublu civarında cərimə tətbiq edilib. Bir nəfərin barəsindəki materiallarda isə yetərli dəlil olmadığından, baxılmamış qalıb. Həmin cinayət materialını ona görə baxılmamış saxlayıblar ki, video materiallarda qanun pozanın üzü dəqiq görünmür.

Məclis üzvləri onu da bildirirlər ki, 3 may günü Mustafa Cəmilovu qarşılamağa çıxanlardan, umumilikdə 15 nəfər barəsində məhkəmələrə cinayət işi materialları göndərilib. Gələn həftə də Baxçasaray və Çernomorsk məhkəmələrinin hər birində 5 nəfərin barəsində ictimai asayişi pozma maddəsi ilə cinayət işinə baxılacaq.

Xatırladaq ki, may ayının 3-də Krıma gəlmək istəyən Mustafa Cəmilovu qarşılamağa gedən 5 mindən artıq krım tatarı Rusiyanın yeni administrativ sərhədini yararaq Ukrayna tərəfə keçmişdilər.

Son nəticə olaraq Mustafa Cəmilov Krıma buraxılmayaraq geri paytaxt Kiyev şəhərinə qayıtmışdı(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600