Müxalifət lideri qətldən əvvəl bu xanımla idi-Foto

media-hightechnic-468x90

84832Moskvanın mərkəzində öldürülən müxalifətçi Boris Nemtsovun yanında olan xanımın kimliyi açıqlanıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, ötən gün gecə saatlarında qətlə yetirilən rusiyalı müxalifət lideri Boris Nemtsovun yanında olan 23 yaşlı ukraynalı model Anna Duriskaya cinayətin şahidi olub.

Hadisədən sonra cinayətin tək şahidi olaraq qəbul edilən Duriskayanı hüquq-mühafizə orqanları sorğu-suala cəlb ediblər.

Onun sözlərinə görə, o, mərkəzi univermaqda Nemtsovu gözləyirmiş. Onlar şam yeməyinə getməyə hazırlaşırmış. Təxminən 23 radələrində küçəyə çıxaraq Vasilyevskə tərəf yollanıblar. Hadisə də elə məhz bu vaxt baş verib.

Qeyd edək ki, Boris Nemtsov martın 1-nə təyin olunmuş müxalifətin “Vesna” yürüşü ərəfəsində öldürülüb.
Boris Nemtsov 1991-1997-ci illərdə Nijni Novqorod vilayətinin qubernatoru, daha sonra yanacaq və energetika naziri və Rusiya hökuməti sədrinin birinci müavini vəzifələrində çalışıb. Onu həmçinin prezident Yeltsinin xələfi hesab edirdilər.

Son illər Boris Nemtsov müxalifət hərəkatının liderlərindən biri olub.

Rusiya prezidenti cinayətin nəzarətdə saxlanması barədə xüsusi göstəriş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600