Müxalifət oliqarxlardan asılıdır?-Müsavatdan Әlizadəyə sərt cavab
Elman Fəttah: “Müsavat Partiyası ümumiyyətlə heç kimdən asılı olmayan bir siyasi təşkilatdır”
ASDP sədri Araz Əlizadə Moderator.az saytına açıqlamasında iddia edib ki, Azərbaycan müxalifətini oliqarxlar və monopolistlər maliyyələşdirir: “Azərbaycanda bahalaşmanın əsas səbəbi monopoliyalar, oliqarxlardır. Buyursunlar oliqarxlara, monopoliyalara qarşı mübarizə aparsınlar. Mübarizə apara bilməzlər. Çünki oliqarxlar və monopolistlər müxalifəti maliyyələşdirir”.
Yenicag.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah bu kimi fikirlərin cəfəngiyat olduğunu bildirdi: “Qeyri-ciddi adamların belə iddialarını gündəmə gətirməyi doğru hesab etmirəm. Müsavat Partiyası adından danışa bilərəm. Müsavat Partiyası ümumiyyətlə heç kimdən asılı olmayan bir siyasi təşkilatdır. Müsavat Partiyası nə hansısa mərkəzlərin maliyyəsindən, nə hər hansı mərkəzlərin siyasi təsirindən və yaxud onların hansısa formada tapşırığından asılı deyil. Tamamilə müstəqil və öz üzvlərinin iradəsilə idarə olunan bir siyasi təşkilatdır”.
Elçin